Sosial şəbəkədə biz:

Hacıbala Abutalıbov Bakıya 6 milyondan çox gül gətirir

Gül bayramı ilə əlaqədar Bakıya müxtəlif ölkələrdən güllər gətiriləcək.

 

Bu barədə AzVision.az-a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, Bakıya gətiriləcək güllərin sayı dəqiq bilinməsə də, ötənilkindən çox gül kompazisiyası hazırlanacaq. "Bununla bağlı bizdə hər hansı sənəd yoxdur. Yalnız onu deyə bilərəm ki, builki Gül bayramı ötənildəkindən də möhtəşəm olacaq”. Gül bayramının neçə gün davam edəcəyi də hələlik məlum deyil. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ötən il Gül bayramı üçün 6 milyon gül gətirildiyini bildirmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol