Sosial şəbəkədə biz:

Müdafiə Nazirliyində maaşlar artırıldı

19 January 2016, 20:22
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, sərəncamı AzərTAc dövlət agentliyi yayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.