Sosial şəbəkədə biz:

Sosial müavinətlərin məbləği artırıldı

19 January 2016, 20:24
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.
Musavat.com-un məlumatına görə, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş  sosial müavinətlərin məbləği  2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.