Sosial şəbəkədə biz:

“Qiymətlər necə var elə də qalacaq” - Nazir müavini

20 January 2016, 14:27
Gündəm
“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”. Azinforum.az-ın məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var elə də qalacaq: “Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”. Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.