Sosial şəbəkədə biz:

Cəzaçəkmə Müəssisəsində məhbus nəzarətçini döydü

20 January 2016, 15:12
Gündəm
Bakıda Cəzaçəkmə Müəssisəsində məhkum nəzarətçini döyüb. “Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəndə baş verib. Müəssisədə cəza çəkən 1992-ci il təvəllüdlü Kamil Fərəcov orada nəzarətçi işləyən ədliyyə kiçik giziri, 1985-ci il təvəllüdlü Kənan Fəxrəddin oğlu Kərimovu döyüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.