Sosial şəbəkədə biz:

Fransa səfirliyi Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq edib

03 January 2020, 21:48
Gündəm

Fransa səfirliyi Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“İraqda baş verən son hadisələrdən sonra Fransa səfirliyi Azərbaycanda yaşayan və bu ölkədə səyahətdə olan fransızları yüksək sayıqlıq göstərməyə çağırır”, - deyə məlumatda qeyd olunub.