İran televiziyasından etiraf: “Süleymani Ermənistana böyük dəstək göstərib” (VİDEO)
İran televiziyasından etiraf: “Süleymani Ermənistana böyük dəstək göstərib” (VİDEO)

İran hökumətinin televiziya kanalı olan “Xəbər Şəbəkəsi”ndə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik edilib və ekspertlərdən biri Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib.
Demokrat.az
xəbər verir ki, canlı yayılan verilişdə ekspert “Sepah” terror
təşkilatının “Qüds Briqadası”nın komandanının niyə Ermənistana dəstək
göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də
açıqlamış olub.
“Ermənistan məsələsinə diqqət yetirin. Naxçıvan Respublikası ilə
Azərbaycan Respublikası arasında quru sahəsində ayrılma var. Onların
(ermənilərin-red.) Qarabağ bölgəsini Azərbaycan Respublikasına
birləşdirməklə, Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi.
İlkin baxışda bunun İran İslam Respublikasının xeyrinə olduğu görünə
bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda
pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam
etdirəcəkdilər. Lakin Qasım Süleymani bunun qarşısını aldı”, – deyə
ekspert vurğulayıb.