Sosial şəbəkədə biz:

Bakıda “parklanma ödənişsizdir” lövhələri qoyuldu - Fotolar

16 January 2020, 11:56
Gündəm

Əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

“Qafqazinfo”nun məlumatına görə, BNA xatırladıb ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.