Sosial şəbəkədə biz:

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr

16 January 2020, 21:17
Gündəm

Azərbaycan keçən il ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub.

Rusiyadan idxalın dəyəri 2 milyard 290,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 646,8 milyon dollar, Çindən isə 1 milyard 432 milyon dollar olub.