Kamil Musəvi Fəzail Ağamalı ilə barışıb? - FOTO
60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olan alternativlərin birlikdə çəkdirdikləri foto yayılıb. Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılovanın səhifəsində paylaşılan fotoda qəribə görünən məqam mediada bir-birinə qarşı sərt ittihamlar səsləndirən AVP sədri Fəzail Ağamalı ilə müharibə veteranı Kamil Musəvinin yanaşı şəkil çəkdirməsidir. Azinforum.az həmin fotonu təqdim edir.
