Sosial şəbəkədə biz:

Bakının məşhur otelində qətl- Məşqçi bıçaqlandı, 1 nəfər öldü

Ötən gün axşam saat 21.00 radələrində Bakıda qətl törədilib. " Azinforum.az " APA TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən "Avropa" otelində qeydə alınıb. Məlumata görə, biri Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olmaqla, 2 nəfər bıçaqlanıb.   İlkin məlumata görə, otelin idman zalında  qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının  məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlar və hələlik kimliyi məlum  olmayan şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Məlumata görə, Azər  adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol