Sosial şəbəkədə biz:

AMEA Neft və Qaz İnstitutunun direktoru işdən çıxarılıb

14 February 2020, 20:32
Gündəm

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun direktoru işdən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət heyətinin bu gün iclasında bildrilib.

Qeyd olunub ki, akademik İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.