Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina etdi
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.
Beynəlxalq Şahmat Federasiyasının verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb.
O, qərarı barədə FIDE-ni də xəbərdar edib.
Ali şahmat qurumu Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib/Report.