Sosial şəbəkədə biz:

Rəqsanəylə ərinə Dağıstanda hücum etdilər - VİDEO

17 April 2020, 22:36
Gündəm

Dağıstanda sərhəddə qalan azərbaycanlılara yardım aparan müğənni Rəqsanə İsmayılova ilə əri Fazilin başına iş gəlib. 

Bir qrup şəxs yardım avtomobillərinin qarşısını kəsərək, onlara hücum edib.

Bu barədə Rəqsanə instaqramda məlumat verib:

“Burda bir şəxs deyir ki, sənə qoymayacağam yardım paylayasan. Polislərə deyir ki, bunları tutun. Lakin Dağıstanın polisləri bildirdilər ki, biz rahatlıqla yardım paylaya bilərik. Bu şəxs deyir ki, səfirliyin nümayəndəsiyəm, insanlara ərzaq vermə”.

Daha sonra məsələ həll olub. İfaçı apardığı yardımı payladığı görüntüləri sosial şəbəkədə yayıb. Musavat.com