Sosial şəbəkədə biz:

Zeynal Nağdəliyevin daha bir əməkdaşı İŞDƏN ÇIXARILDI

14 June 2020, 13:24
Gündəm

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlimata görə, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.

R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.

Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.