Sosial şəbəkədə biz:

Azərbaycanda 3148 məhkum elektron qolbaq daşıyır

14 June 2020, 17:22
Gündəm

Azərbaycanda indiyədək 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Ədliyyə Nazirliyi bildirir ki, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 536 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.