Sosial şəbəkədə biz:

Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən - Fotolar

30 September 2020, 10:14
Gündəm

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutub.

“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub. 

Mərmi nəticəsində bir minik avtomobili də yararsız hala düşüb.

Həmin ərazidən fotoları təqdim edirik: