Sosial şəbəkədə biz:

Əvvəl rəhbər, ardınca işçiləri - "AzInTelecom"dan ASCO-ya gedən "komanda"

Əvvəl rəhbər, ardınca işçiləri - "AzInTelecom"dan ASCO-ya gedən "komanda"
Xəbər Şəkli
30 September 2026, 17:30
Cəmiyyət

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  (ASCO) tabeliyində Xəzər Dəniz Neft Donanmasının Təchizat xidmətinə rəis təyin edilib.

 

Məlumata görə, bu vəzifə Murad Veysova həvalə olunub.

 

Qeyd edək ki, M.Veysov bundan öncə, yəni 2024-2026-cı illərdə "AzInTelecom" MMC-də Təchizatın idarə edilməsi departamentində əmlakın idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmin vaxtlarda, daha dəqiq desək, 2022-2026-cı illərdə "AzInTelecom"da sözügedən departamentinin rəhbəri hazırda ASCO-nun Satınalmalar departamentinin rəisi vəzifəsini tutan Kamil Bektaşi olub.

 

Xatırladaq ki, K.Bektaşi bu ilin əvvəllərində ASCO-nun İdarə heyətinin sədri Əfqan Cəlilovun müşaviri təyin edilib. Bundan bir neçə ay sonra isə, qurumda Satınalmalar departamentinin rəisi vəzifəsi ona həvalə edilib. K.Bektaşinin ASCO-ya gəlişindən sonra onun "AzInTelecom"da rəhbərlik etdiyi departamentin başqa bir əməkdaşına da ASCO-da vəzifə verilib. Belə ki, Əziz Əzizzadə ASCO-da Satınalma üzrə menecer təyin edilib. Ə.Əzizzadə 2022-2025-ci illərdə "AzInTelecom"da Təchizatın idarə edilməsi departamentin anbar bölməsinin rəhbəri olub./Plat.az