Ermənilər Goranboya raket atdı, ölən var
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
"Raket evin damına düşüb. Ermənistan müharibə cinayətlərini davam etdirir", - Prezidentin köməkçisi yazıb.