Sosial şəbəkədə biz:

XİN Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərdi — FOTO

09 November 2020, 20:01
Gündəm

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.


Nazirlikdən verilən xəbərə görə, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib.