“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO
Bu gün "Qarabağ" futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Səfər zamanı klub rəhbərliyi, məşqçilər və futbolçular Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" komandasının keçmiş baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət ediblər.
Qeyd edək ki, Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.
