Sosial şəbəkədə biz:

Pivə əvəzinə benzin içib - Öldü

27 April 2015, 13:58
Gündəm
Dünən Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəsəbə sakini pivə “butulka”sındakı mayeni pivə sanıb. Belə ki, aprelin 26-da rayonun Hindarx qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.