"Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq" - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) sülhməramlılarının Qazaxıstan əməliyyatından danışıb. O, şənbə günü missiyasını başa vurmuş Belarus sülhməramlı kontingenti ilə görüşdə maraqlı açıqlama ilə çıxış edib.
Lukaşenko deyib ki, KTMT-nin sülhməramlı əməliyyatı incəliklərinə qədər özü və Rusiya prezidenti Vladimir Putin tərəfindən hazırlanıb.
- Öyünmədən daha çox deyəcəyəm. Bütün bu əməliyyatlar detallarına qədər iki prezident - Rusiya və Belarus rəhbərləri tərəfindən bir saat ərzində hazırlanıb,-Lukaşenko deyib.