Qazaxıstanda bir günə 16 minə yaxın adam virusa yoluxdu
Son sutka ərzində Qazaxıstanda 15 min 872 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gün ərzində koronavirus diaqnozu qoyulan xəstələr arasında 14 ölüm faktı qeydə alınıb və bununla da infeksiyadan ölənlərin ümumi sayı 13 min 105 nəfərə çatıb.