Sosial şəbəkədə biz:

Şagirdlərin qeyri-etik görüntüləri yayılan məktəbin direktoru danışdı - VİDEO

27 January 2022, 08:46
Gündəm

Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosu yayılmışdı.

"Xəzər Xəbər" həmin məktəbdə olub və hadisənin təfərrüatını araşdırıb.

Jurnalistlərə müsahibə verən məktəb direktoru bildirib ki, şagirdlərin qeyri-etik davranışlarının olduğu video dərhal araşdırılıb. Məlum olub ki, videodakı şagirdlər məktəbdə 9-cu sinifdə təhsil alırlar.Şagirdlərlə yanaşı, həmin dərsdə iştirak edən müəllim və məktəbin iki direktor müavini barədə də tədbir görülüb.

https://www.youtube.com/watch?v=xhINAb6vTWA