Sosial şəbəkədə biz:

Polis Bakıda məşhur gecə klubunda əməliyyat keçirib, saxlanılanlar var - VİDEO

29 January 2022, 08:54
Gündəm

Bakının Nizami rayonunda polis əməliyyat keçirib.

Qara Qarayev prospekti 61-B ünvanında yerləşən X-Life gecə klubunda Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Klubun təşkilatçıları içəridə müştəri olarkən saat 12-dən sonra fəaliyyətlərini davam etdiriblər. Nizami Rayon Polis İdarəsinin əməkdaşları kluba daxil olub, 34 müştəri və klubun 4 təşkilatçısı polis idarəsinə aparılıb. Müştərilər barəsində inzibati protokol tərtib edilib. Təşkilatçılar isə saxlanılıb. Fakt araşdırılır.

https://www.youtube.com/embed/dFtdbX_0D7s