Sosial şəbəkədə biz:

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

29 January 2022, 09:29
Gündəm

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.

Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı,  A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu ,  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım  Mirişlini də  işdən çıxarıb. (Unikal)