Sosial şəbəkədə biz:

Torpaqların azad olunması ilə narkoticarət trafikinin qarşısı alınıb - Səfər Mehdiyev

30 January 2022, 12:03
Gündəm

“Torpaqlarımızın işğaldan azad olunması həmin ərazilərdən kəçən narkoticarət trafikinin qarşısını alıb”.
Bunu Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra iki tondan çox narkotik vasitə aşkarlanıb.