Sosial şəbəkədə biz:

“Vəzifəli şəxs məni hədələyir, adını deyə bilmərəm“ - Tanınmış aktrisa

01 February 2022, 16:40
Gündəm

Akrtisa Çimnaz Sultanova həyatının təhlükədə olduğunu bildirib.

Yenisabah.az-a danışan sənətçi evindən külli miqdarda oğurluq hadisəsini ictimailəşdirdikdən sonra ona təhdid zənglər gəldiyini deyib.

O, adını çəkmək istəmədiyi vəzifəli şəxslər tərəfindən hədələndiyini iddia edib:

“Hazırda gərginlik içindəyəm. Mənə zəng vurub hədələyirlər, qorxuram. O adamın adını çəkmək istəmirəm. Bu hədə-qorxular evimdə baş verən oğurluq hadisəsini ictimailəşdirməyimdən sonra oldu”.

Xatırladaq ki, oğurluq hadisəsi aktrisanın 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evində baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda aktrisanın evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.