Uşağını tək qoysun, yoxsa acından öldürsün? - VİDEO
Yasamalda evdə tək qalan azyaşlının fəryad edərək eyvandan anasını çağırması ilə bağlı videogörüntü ilə hər kəs tanışdı.
6 yaşlı uşağın anası A.Ə. həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün o, evdə tək qalır və qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Qonşuların sözlərinə görə, qadın saat 23:00-da evə gəlir.
Övladını evdə tək qoyaraq işə getmək məcburiyyətində olan valideynlərin sayı kifayət qədərdir. Çünki uşağı böyütmək, evi saxlamaq üçün valideyn işləmək məcburiyyətindədir.