“Cavanşir Feyziyevə müraciət edirəm ki, üzr istəsin, yazdığı məqaləni də dərhal silsin” - Mirşahin
“Bir millət vəkilinin media ilə müharibəsi gedir. Kimin haqlı, kimin haqsız olmasını kənara qoyuram, nə olursa-olsun millət vəkili birdən-birə bu qədər media subyektinə savaş elan etməməlidir. Məni narahat edən işin başqa tərəfidir, Səməd Seyidov, Elxan Süleymanov, indi də Cavanşir Feyziyev... Azərbaycanın fəal oyunçuları beynəlxalq oyunçuları niyə belə cəzalandırılırlar? Zərbə Azərbaycan dövlətinə dəyir axı. Təcrübəli jurnalist kimi Cavanşir müəllimə müraciət edirəm ki, üzr istəsin, yazdığı məqaləni də dərhal silsin”.
Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.
M.Ağayev media nümayəndələrinə çağırış edib: “Həmkarlarım, mediadan daha təmkinli olmağı rica edirəm. Əlbəttə, Cavanşir müəllim anlayıram, ola bilsin, əsəbləri davam gətirməyib, hirsini cilovlaya bilməyib. Məncə, vəziyyətdən çıxış yolu hələki var, millət vəkili Azərbaycan mediasını özünə qarşı deyil, onun biznesini itkilərə hədəf edən xarici qurum və qüvvələrə qarşı birləşdirməlidir. Cavanşir Feyziyev də, yerli media da Britaniyada bir azərbaycanlı millət vəkilinin, onun simasında Azərbaycanın adını qorumaqda maraqlı olmalıdırlar. Daha Cavanşir Feyziyevi darmadağın etməklə yox. Bunun üçün də ilk addımı millət vəkili özü atmalıdır. Səmiyyətimizə inanın ki, cavab adekvat deyil”.