Sosial şəbəkədə biz:

Əhməd Əhmədzadənin bacısı oğluna vəzifə verildi

11 February 2022, 16:33
Gündəm

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Unikal.org xəbər verir ki, ASC sədri Zaur Mikayılovun müvafiq əmri ilə Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri Əjdər Cavadov vəzifədən çıxarılıb.
ASC sədrinin digər əmri ilə Elçin Məmmədov həmin şöbəyə rəhbər təyin edilib.

Qeyd edək ki, Elçin Məmmədov Baş nazirin müşaviri Əhməd Əhmədzadənin bacısı oğludur.