Sosial şəbəkədə biz:

Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

14 February 2022, 08:55
Gündəm

Frank-Valter Ştaynmayer ikinci müddətə Almaniya Federativ Respublikasının Prezidenti seçilib.

Belə ki, AFR Prezidenti postuna, həmçinin “Almaniya üçün alternativ” partiyasından Maks Otte, “Sol partiya”dan Herhard Trabert, azad seçicilər tərəfindən Ştefani Hebauer namizəd irəli sürülmüşdü.

Almaniya Federal Məclisi Ştaynmayerin namizədliyini mütləq səs çoxluğu ilə dəstəkləyib. O, AFR prezidenti postunu 2017-ci ildən tutur, buna qədər isə Almaniyanın xarici işlər naziri və vitse-kansler olub.

Qeyd edək ki, Almaniya prezidenti beş il müddətə seçilir.