Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev dirənib, deyir, getmirəm... - Aqil Abbas

14 February 2022, 16:37
Gündəm

“Ramiz Mehdiyev Prezident Aparatından gedəndən sonra müxalifətə qapı açıldı. Prezident Aparatı ilə müxalifət arasında dialoq başladı. Bu dialoqun xeyrini biz Vətən Müharibəsi başlayanda gördük”.

Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas Ramiz Mehdiyevin istefası ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, R. Mehdiyevin vəzifəsindən gedib-getməməsi bizdən asılı bir məsələ deyil:“Akademiyada ona qarşı çıxanlar növbədən kənar iclas keçirə, məsələni gündəmə gətirə, onun istefasını tələb edə bilərlər. Akademiyanın prezidenti səs çoxluğu ilə qəbul olunur, səs çoxluğu ilə də onu vəzifədən kənarlaşdıra bilərlər. Başqa cür mümkün deyil. Ramiz Mehdiyev də dirənib, deyir, “getmirəm, məni bura Prezident təyin edib”.

A.Abbas AMEA-nın fəaliyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib:
“AMEA mənim görmək istədiyim AMEA deyil. Burada böyük işlər görülə bilər. Eyni zamanda özünü büdcədən kənar maliyyələşdirməlidir. Onun elədiyi kəşflər, ixtiralar, kənd təsərrüfatına, sənayeyə və ölkənin digər mühüm dövlət sahələrinə dəstək verməlidir. Lakin indi AMEA dedi-qodu mərkəzi olub. Çox istəyərəm ki, bu ocaqda sağlam əhval-ruhiyyə olsun”.