Sosial şəbəkədə biz:

75 bələdiyyə sədri məsuliyyətə cəlb olunub

16 February 2022, 16:31
Gündəm

Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.