Sosial şəbəkədə biz:

Bakıda etiraz: sürücülər yolu bağladılar

17 February 2022, 10:21
Gündəm

Bakıda sürücülər etiraz edərək, Heydər Əliyev prospektində yolu bağlayıblar.

Belə ki, 4 yük avtomobili yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb.
Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.