Sosial şəbəkədə biz:

Rusiyanın Kiyevdəki səfirliyində məxfi sənədlər yandırılır?- VİDEO

17 February 2022, 16:51
Gündəm

Sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı səfirliyinin binasında yanğın olması barədə məlumat yayılıb. 

AzVision.az xəbər verir ki, internetə sızan videogörüntülərdə Kiyevdə yerləşən səfirliyin damından tüstü çıxması aşkar görünür.Videonu təsadüfən çəkən ukraynalı iddia edib ki, rus diplomatları məxfi sənədləri və yazışmaları yandırıblar.

https://t.me/swodki/19211?embed=1

Lakin Rusiyanın Ukraynadakı diplomatik nümayəndəliyindəki mənbə TASS-a açıqlama verib ki, səfirliyin binasında belə bir proses baş vermir. Onun sözlərinə görə, heç binada yanğın da yoxdur.