Sosial şəbəkədə biz:

Nazirdən ƏDV ödəyiciləri ilə bağlı AÇIQLAMA - FOTO

18 February 2022, 17:00
Gündəm

Ötən il qeyri-neft sektorunda fəaliyyət göstərən ƏDV ödəyicilərinin dövriyyələrində qeydə alınan müsbət dinamika iqtisadiyyatımızda şəffaflaşmanı və leqallaşmanı ifadə edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, bu göstərici xidmət sahəsində 62,6 faiz, ticarətdə 30,7 faiz, iaşə obyektlərində 28,7 faiz, sənayedə isə 23 faiz olub.

Ötən il #qeyrineft sektorunda fəaliyyət göstərən #ƏDV ödəyicilərinin dövriyyələrində qeydə alınan müsbət dinamika #iqtisadiyyat-ımızda şəffaflaşmanı və leqallaşmanı ifadə edir. Bu göstərici xidmət sahəsində 62,6%, ticarətdə 30,7%, iaşə obyektlərində 28,7%, sənayedə isə 23% olub.