Sosial şəbəkədə biz:

Sultanın nəvəsi ilk dəfə açıqladı: “Turqut Özalı ölümlə hədələdilər ki... - VİDEO

20 February 2022, 12:57
Gündəm

Sultan II Əbdülhəmidin nəvəsi Orxan Osmanoğlu ilginc açıqlama ilə çıxış edib. O deyib ki, ovaxtkı Baş nazir Turqut Özal da Menderes kimi öldürülməklə hədələnib. Sultan II Əbdülhəmidin nəvəsi Orxan Osmanoğlu Akit TV-də Məhərrəm Coşqunun “Qırmızı Süfrə”sinin qonağı olub.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlığı üçün müraciət Kənan Evrənə çatdırıldığı zaman bu təhdid səsləndirilib.

Osmanoğlu bildirib ki, sürgün edildikdən sonra Türkiyə Cümhuriyyətinin vətəndaşı olmaq üçün uzun müddət səy göstəriblər. Ailə 1985-ci ildə Turqut Özalın Baş nazir olduğu dövrdə sonuncu dəfə vətəndaşlıq üçün müraciət ediblər.

Özalın məsələ ilə şəxsən maraqlandığını vurğulayan Orhan Osmanoğlu bu ifadələri işlədib:

"Turqut Özal “Sənə bu vətəndaşlığı verəcəyik, amma məndən də yuxarıda olan var. O kim idi? Kənan Evrən. O Prezidentdir, onun imzası mütləqdir. Rəhmətlik Turqut Özal təklifi hazırlayıb, Kənan Evrənə apaırb. Kənan Evrən buna imza atmayıb. “Sən Menderesin başına gələnlərin özünə də olmasını istəyirsənmi?”,-deyir. Kənan Evrən bizim vətəndaşlığımıza tamamilə qarşı idi”.

https://www.dailymotion.com/embed/video/x8825uy?autoplay=1