Sosial şəbəkədə biz:

Əkrəm Həsənov: “Həqiqi millət vəkillərimiz o zaman döyüşsüz təslim oldular”

25 February 2022, 17:27
Gündəm

“Ukrayna xalqı və hərbçiləri ləyaqətli müqavimət göstərir. Özündən qat-qat zəifə təcavüz etmək nə qədər böyük şərəfsizlikdirsə, ona təslim olmamaq bir o qədər böyük şərəfdir. Bunu başa düşmək üçün 1920-ci ilin 28 aprelini yada salmaq kifayətdir”.

Bunu ekspert Əkrəm Həsənov deyib.

"Deputatlarımızdan xeyli savadlı, hünərli və vətənpərvər olan həqiqi millət vəkillərimiz o zaman döyüşsüz təslim oldular. Azərbaycanlı olmaqdan başqa digər xalqa mənsubluq seçimim olsaydı, ukraynalı olmaq istərdim" - Ə.Həsənov əlavə edib.