Sosial şəbəkədə biz:

Dubayda pulunu oğurladılar, Bakıda polisə şikayət etdi

17 March 2022, 17:35
Gündəm

Bakı şəhər sakini Dubayda hoteldə olarkən pulunun oğurlandığını bildirib.

“ Azinforum.az ” xəbər verir ki, bununla bağlı vətəndaş C. Mehdiyev Hava Nəqliyyatında Baş Polis İdarəsinə müraciət edib. O qeyd edib ki, martın 11-də Dubay şəhərində “Sun and Sand” hotelində oğurluğa məruz qalıb.

O bildirib ki, hoteldə pul kisəsindən 12 150 dollar pulu oğurlanıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.