Sosial şəbəkədə biz:

Vətəndaş Həmrəyliyi Partiyasından Məhəmmədəli Qəribliyə təbrik

Vətəndaş Həmrəyliyi Partiyasından Məhəmmədəli Qəribliyə təbrik
Xəbər Şəkli
22 July 2026, 20:47
Siyasət

Bu gün tanınmış jurnalist, uzun illər  müxtəlif nüfuzlu mətbu orqanlarında fəaliyyət göstərmiş Məhəmmədəli Qəriblinin doğum günüdür. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib, tələbəlik illərində milli azadlıq hərəkatına qoşularaq ölkəmizin müstəqilliyi uğrunda mübarizədə yaxından iştirak edib.

     O, 1997-ci ildən etibarən media sahəsində ölkənin aparıcı media qurumlarında jurnalist, redaktor və baş redaktor kimi çalışıb, çoxsaylı məqalə, analitik yazı və araşdırmaların müəllifi olub. Media sahəsindəki səmərəli fəaliyyətinə görə dövlət qurumları, eləcə də yerli və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara, diplom və sertifikatlara layiq görülüb, bir sıra nüfuzlu jurnalistika müsabiqələrinin qalibi olub.

    Məhəmmədəli Qəribli 2024-cü ildən Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidmətinin rəhbəri, 2025-ci ildən isə Mətbuat Xidməti Direktoru vəzifəsində çalışır. O, Naxçıvan Dövlət Universitetinin məzunudur.

      Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

     Məhəmmədəli Qəriblini doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, şəxsi işlərində və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Vətəndaş Həmrəyliyi Partiyası