Sosial şəbəkədə biz:

Stalinin mindiyi vaqon Bakı metrosunda - VİDEO

19 March 2022, 12:27
Gündəm

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) ilk metro vaqonu Bakıya gətirilib.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O sözügedən qatarı göstərərək vurğulayıb ki, bu vaqonun içərisində Stalin digər SSRİ rəhbərləri ilə “Moskva Metropoliteni”nin açılışını edib:

“Bu postsovet məkanında istifadəyə verilmiş ilk metro vaqonudur.

Bundan başqa digər qatar növləri də Bakıda gətirilib. Bu qatarlar 4 gün ərzində sizin xidmətinizdə olacaq. Metroda şəkil çəkdirmək qadağan olsa da, bu qatarda çəkiliş edə bilərsiniz”.

https://www.youtube.com/embed/a82kNnEoKv0