Sosial şəbəkədə biz:

DTX 44 günlük Vətən müharibəsində: sənədli film

29 March 2022, 12:48
Gündəm

İctimai Televiziya 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ayrı-ayrı güc strukturlarının, qoşun növlərinin keçdikləri döyüş yoluna həsr edilmiş “Görünməyən qəhrəmanlar” sənədli filmlər seriyasından daha birini efirə verib.

Bu film DTX-nin yaradılmasının ildönümünə həsr edilib və xüsusi xidmət əməkdaşlarının müharibədəki fəaliyyətlərindən bəhs edir. Filmdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov və adları məxfi saxlanılan əməkdaşlar Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat sahəsində düşmənə qarşı necə fəaliyyət göstərdiyi barədə danışır. Həmin filmi təqdim edirik:

https://www.youtube.com/embed/R7sPQKSXZOk?fs=1&feature=oembed&&wmode=opaque