Sosial şəbəkədə biz:

Samir Adıgözəlli nüfuzlu media qurumunun Azərbaycan təmsilçisi təyin edildi

31 March 2022, 09:30
Gündəm

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə səfəri çərçivəsində görüşlərini davam etdirir. Qurumun mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, Samir Adıgözəlli Türkiyə İnternet Qəzeteçiləri Federasiyasının (İGF) rəhbərliyi ilə də görüşüb. Görüşün nəticəsində qərara alınıb ki, İGF -in Azərbaycan təmsilçiliyi yaradılsın və ora rəhbərlik Samir Adıgözəlliyə tapşırılsın. Qeyd edək ki, İGF Türkiyə və dünyanın bir çox başqa ölkələrində fəaliyyət göstərən 1200-dən artıq saytı öz ətrafında birləşdirir. Qurumun Türkiyənin bütün şəhərlərində, eləcə də dünyanın: Böyük Britaniya, Almaniya, Belçika, Kipr kimi ölkələrdə yerli büroları var.

Azinforum.az