Sosial şəbəkədə biz:

Rusiya qoşunları Donetskdə vağzalı vurdu - 30 ölü, 100-dən çox yaralı

08 April 2022, 13:44
Gündəm

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub.

“ Azinforum.az ” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Hadisə nəticəsində 30 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.

Bildirilir ki, vağzala 2 raket zərbəsi endirilib.