Sosial şəbəkədə biz:

Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurdu

05 July 2022, 08:38
Gündəm

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.

Qrossmeyster XIV turda macarıstanlı Rixard Rapportla görüşün 33-cü gedişində rəqibi mat edib.

Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.