Sosial şəbəkədə biz:

Aİ-dən Ukraynaya əlavə 1 milyard avro yardım

12 July 2022, 19:19
Gündəm

Avropa İttifaqı Ukraynaya əlavə 1 milyard avro yardımı təsdiqləyib.

Azinforum.az xəbər verir ki, bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen tviter hesabından açıqlama verib.

O, açıqlamada Şuranın bu gün təsdiqlədiyi yardımın bu ay Ukraynaya çatacağını bildirib.

Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 2,2 milyard avroya çatacaq.