Sosial şəbəkədə biz:

Gəncədə davada xəsarət alanlar əməliyyat olunub -FOTO

12 December 2022, 08:18
Gündəm

Gəncədə uzaq qohumlar arasında pul üstündə yaranan davada xəsarət alanlar əməliyyat olunub.

Bu barədə APA-nın yerli bürosuna Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasınınn həkimi İsmayıl İsmayılov məlumat verib.

Həkimin sözlərinə görə, əməliyyatdan sonra pasientlərdən birinin vəziyyəti normal, digərinin isə ağırdır.