Sosial şəbəkədə biz:

Tanınmış şairlər quda oldu

18 April 2016, 10:25
Gündəm
Aprelin 15-də tanınmış şairlər - Musa Yaqubun nəvəsi Rüfətlə, Ramiz Rövşənin qardaşı qızı Günayın toy mərasimi olub. Azinforum.az axşam.az-a istinadən xəbər verir ki, məclis paytaxtda məşhur şadlıq saraylarının birində baş tutub. Qeyd edək ki, R.Rövşənin Musa Yaqubla qohum olan qardaşı yazıçı-tərcüməçi Yaşar Əliyevdir. Mərasimdə Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak ediblər.